Prezident İlham Əliyevin Çexiyaya rəsmi səfəri başlayıb

Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev aprelin 4-də Çexiyaya rəsmi səfərə yollanıb.

İlham Əliyev səfər zamanı Çexiya prezidenti Vaslav Klaus və digər ölkə rəsmilərilə görüşəcək.

Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlər və əlaqələrin daha da genişləndirilməsi müzakirə olunacaq, müxtəlif sahələrdə bir sıra sənədlər imzalanacaq.