Serbiya prezidenti istefa verib

Boris Tadic

Serbiya prezidenti Boris Tadic istefa verib.

Prezident deyib ki, mayın 6-da parlament və bələdiyyə seçkiləri ilə eyni vaxtda keçiriləcək prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürəcək. 

Boris Tadic indiyə qədər iki dəfə prezident seçilib.

Ancaq ilk dəfə 2006-cı ildə Serbiya və Çernoqoriyanın prezidenti seçildiyindən onun yenidən namizəd olmaq hüququ var. Tadic 2008-ci ilki seçkidə Serbiyanın prezidenti olub.