Serbiya prezidenti istefa verib

Serbiya prezidenti Boris Tadic istefa verib. Prezident deyib ki, mayın 6-da parlament və bələdiyyə seçkiləri ilə bağlı eyni vaxtda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcək.

Boris Tadic indiyə qədər iki dəfə prezident seçilib. Ancaq ilk dəfə 2006-cı ildə Serbiya və Çernoqoriyanın prezidenti seçildiyindən onun yenidən namizəd olmaq hüququ var. Tadic 2008-ci ilki seçkidə Serbiyanın prezidenti olub.