Prezident Lerik rayonuna 3 milyon manat ayırdı

Aprelin 3-də İlham Əliyev Lerik rayonuna 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Həmin vəsait 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qoşmalian-Kəlvəz avtomobil yolunun tikintisinə sərf olunacaq.