ABŞ Dövlət katibinin köməkçisi Bakıdadır

Aprelin 3-də ABŞ Dövlət katibinin diplomatik təhlükəsizlik üzrə köməkçisi Eric Boswell Azərbaycana gəlib.

ABŞ səfirliyinin sözçüsü Keith Bean deyir ki, cənab Boswell'in səfərinin əsas məqsədi səfirlikdəki insanlarla daxili görüşlərdir:

«Görüşlər zamanı cənab Boswell səfirliyin təhlükəsizliyinin təmin olunması yönündə işlərini yaxşı qurduqları üçün təhlükəsizlik məsələləri üzrə rəsmilərə də təşəkkür edib».

ABŞ Dövlət katibinin köməkçisi Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək.