Qızıl Xaç Komitəsinin prezidenti Suriyaya gedib

Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Jakob Kelenberger Suriyaya gedib.

O səfər zamanı Suriya hakimiyyətilə döyüş zonasındakı əhaliyə hümanitar yardım çatdırılması məsələsini müzakirə edəcək.

Kelemberger bildirib ki, yaralıları döyüş zonasından çıxarmaq və əhaliyə hümanitar yardım çatdırılması məqsədilə hər gün 2 saatlıq atəşkəsə nail olmaq istəyir.