Macarıstan prezidenti istefa verib

Macarıstan prezidenti Pal Schmitt doktorluq müdafiəsi ətrafında qalmaqala görə istefa verib.

Schmittin 1992-ci ildə müdafiə etdiyi institutlardan biri bu günlərdə bəyan edib ki, onun işinin böyük hissəsi xarici mütəxəssislərin kitablarından götürülüb.

Pal Schmitt 2010-cu ildə prezident seçilib.

Ölkə konstitusiyasına görə Macarıstanda prezident simvolik xarakter daşıyır.