İlham Əliyev Finlandiyanın xarici işlər naziri ilə görüşüb

Aprelin 2-də prezident İlham Əliyev Finlandiyanın Xarici İşlər naziri Erkki Tuomioja'nın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.