NATO qərargahına hücum etmək istəyən 500-ə qədər adam saxlanıb

Brüsseldə NATO qərargahına hücum etmək istəyən 500-ə qədər adam həbs olunub. Nümayişçilər istəyiblər ki, qətrargaha daxil olub simvolik olaraq onu bağlasınlar. Amma bu polis bu cəhdin qarşısını alıb.

Etirazçılar hərbi alyansın Əfqanıstanda, Liviyada fəaliyyətinə etiraz olaraq "NATO Oyun Bitdi" şüarı səsləndiriblər.

Onlar həmçinin NATO-nun Avropanın reaktiv müdafiəsi planını tənqid ediblər.