Suriya üstündə Türkiyə ilə İran arasında fikir ayrılığı


Türkiyənin Baş naziri Recep Tayyip Erdoganın İrana yenicə başa çatan səfərindən sonra bu ölkələr arasında Suriya məsələsinə dair ciddi fikir ayrılığı müşahidə edilir. İran mediası Erdogana istinadla yazır ki, Suriyada prezident Bashar al-Assada etibar yoxdur. Yeganə yol ölkədə demokratik seçki keçirilməsidir.

İranın ali dini lideri Ayətulla Ayatollah Ali Khamenei isə bildirib ki, Tehran Suriya rejimini müdafiə edir və bu ölkəyə hər hansı kənar müdaxilənin əleyhinədir.

Türkiyə Suriyadan qaçan 17 000 sakinə müvəqqəti sığınacaq verib. Ankara həmçinin Suriya müxalifətinin tez-tez toplantılar keçirmələrinə də imkan yaradır.