Əfqanıstanda azı 30 talibançı öldürülüb

Əfqanıstanın qərbində əfqan hərbçilərinin və beynəlxalq koalisiya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində azı 30 talibançı öldürülüb, 15 nəfər isə yaralanıb.

NATO komandanlığının məlumatına görə, iki gün əvvəl Fatah əyalətinin Gülüstan rayonunda talibançılar 3 əfqan hərbçisini öldürüb. Hadisə yerində hazırda döyüşlər davam edir.