Polşada yol qəzasında 8 nəfər ölüb

Polşada mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 10-dan çox adamsa yaralanıb.

Qəza cümə axşamına keçən gecə Çexiya sərhəddinin yaxınlığında baş verib.

Mikroavtobus mədəndən qayıdan şaxtaçıları aparırmış.

Mikroavtobusun sürücüsü ölüb, yük maşınının sürücüsi isə sağ qalıb.

Qəzanın səbəbi araşdırılır.