Prezident MTN əməkdaşlarına hərbi rütbələr və ordenlər verdi

Martın 27-də İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin üç əməkdaşı general rütbəsi alıb. Onlar 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni və «Vətən uğrunda», «İgidliyə görə», «Hərbi xidmətlərə görə» medalları ilə təltif edib.

Prezident həmçinin MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarova, Maddi-texniki Təminat Baş İdarəsinin rəisi Nizaməddin Həmidova və Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevə general-mayor ali hərbi rütbəsi verib.