BMW-si olanların nəzərinə: batareya problemi!

BMW X5

BMW dünya üzrə 1 milyon 300 min avtomobili geri çağırıb.

Buna səbəb həmin maşınlarda mümkün batareya problemidir.

Bu problem ekstremal vəziyyətdə yanğına səbəb ola bilər.

Bazar ertəsi geri çağırılan maşınlar BMW-nin 5-ci və 6-cı seriyasından olan maşınlardır və 2003-2010-cu illərdə buraxılıb.

BMW bildirir ki, təhlükəsizlik birinci yerdədir. Geri çağırılan maşınlar şirkətin dealer təmirxanalarında yoxlanılacaq və lazım gəlsə, təmir olunacaq.

1 saat – saat yarım çəkən bu təmir şirkətin hesabına olacaq.