Gəncənin Cavad Xan küçəsindəki eşşək heykəli götürüldü

Courtesy photo

Bu barədə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Elgün Məmmədov məlumat verib.

O deyir ki, 1 həftədir ki, mərkəzi küçəyə dekorasiya məqsədilə qoyulan eşşək heykəli balacaların marağına səbəb olub.

Martın 25-də isə heykəlin qulaqlarını qırıblar. Birliyin sədri deyir ki, heykəli təmir üçün götürüblər və yaxın 3 gün ərzində yenidən yerinə qoyacaqlar.