Arxiyepiskopu Twitter-də seçəcəklər

Kimi izləyən çox olsa, onun namizədliyi baş nazirə veriləcək
İngiltərə kilsəsi nə vaxtdır ki, yeni liderin seçimi üçün ən ideal vasitə axtarırdı. Nəhayət, kilsə Twitter sosial şəbəkəsinə üz tutmaq qərarına gəlib.

Tarixdə ilk dəfə olaraq Canterbury arxiyepiskopunun seçimi ictimai müzakirələr nəticəsində baş tutacaq. Mayın sonunda müzakirələr başa çatdıqdan sonra Tax-Tac Komissiyası baş nazirə 2 namizədin adını verəcək.

Kilsə nümayəndəsi deyib ki, namizədlər haqda fikirlərin öyrənilməsi üçün həm mətbuat, həm də sosial şəbəkələrdən istifadə olunacaq. Twitter-də hər bir namizəd maksimum 140 işarəlik mətnlə özü haqda məlumatı, bəzi dini və siyasi məsələlərə münasibətləri yerləşdiriblər.

Hazırda Twitter-də Durham yepiskopu Justin Welbynin 562 izləyəni, Bradford yepiskopu Nick Baines 4 minə yaxın, York arxiyepiskopu John Sentamunun isə 22 min izləyicisi var. Hazırda Canterbury arxiyepiskopu vəzifəsini Williams Rowan daşıyır.