Çilidə 7,2 bal gücündə zəlzələ olub

Martın 25-də Çilidə 7,2 bal gücündə zəlzələ olub. Yerli medianın məlumatına görə, zəlzələnin episentri ölkənin mərkəzi hissəsi olub. Yeraltı təkanlar paytaxt Santyaqoda da hiss olunub.

2010-cu ildə Çilidə baş vermiş güclü zəlzələ və sunami nəticəsində 500-ə yaxın adam həlak olmuşdu.