Misirin Konstitusiya Şurasında çoxluq islamçıların əlindədir


Misir parlamenti ölkənin yeni konstitusiyasını hazırlayacaq şuranın tərkibini elan edib. 100 nəfərlik şura üzvlərindən 60-ı ölkənin islamçı qüvvələrinin nümayəndələridir. Onlar əsasən Sələfilər və Müsəlman Qardaşlığı təşkilatının yaratdığı Azadlıq və Ədalət Partiyasının üzvləridir.

Yeni konstitusiyada prezident və parlament arasında hakimiyyət bölgüsü, ölkənin idarə olunmasında islamın rolu və azlıqların hüquqları müəyyən olunmalıdır.