Rusiya patriarxı qızların kilsəni murdarladıqlarını deyir


Rusiya patriarxı Kirill bildirir ki, kilsəyə soxulub orada mahnılar oxuyan qızlar qrupu oranı muradarlayıblar. Həmin qrupun üzvləri fevralın 4-də kilsəyə girərək etiraz mahnıları oxuyublar. Onlar patriarxın o zamankı Baş nazir Vladimir Putini prezident seçkisində müdafiə etməsinə etiraz olaraq bu addımı atdıqlarını bildiriblər. Qızlardan üç nəfəri saxlanıb. Buna görə 2000-dən çox adam patriarxa etiraz məktubu göndərib.

Patriarx Kirill isə Rusiya televiziyası ilə çıxışında bildirib ki, ortodoks inanclı insanların bu qızları müdafiə etmələrinə çox məyus olub:

- İbadətin gücünə inanmayanlar təbliğatın, medianın, internetin, pulun və silahın gücünə inanırlar. Amma biz ibadətə inanırıq. Mən bütün rusları bizim ölkəmiz, inanaclarımız üçün dua etməyə çağırıram ki, Allah bizim günahlarımızı bağışlasın.