Avropa Somali piratları ilə mübarizəni genişləndirir

Avropa Birliyi Somali piratları ilə öz mübarizə missiyasını genişləndirməyə razı olub.
Bundan sonra Avropa Birliyinin hərbi qüvvələri Somali piratlarına təkcə dənizdə yox, quruda da hücum edəcəklər.

Birliyin müdafiə nazirləri razılaşıblar ki, hərbi gəmilər piratların gəmilərinə, eləcə də onların istifadə etdiyi yanacaqdoldurma məntəqələrinə də hücum edə bilərlər.