Obama səhiyyə üzrə eksperti Dünya Bankına prezidentliyə irəli sürdü

ABŞ prezidenti Barak Obama səhiyyə və inkişaf üzrə ekspert Jim Yong Kimi Dünya Bankına prezident vəzifəsinə irəli sürüb.

Obama deyib: “Mən inanıram ki, Dünya Bankı missiyasını aparmağa Jim Kimdən səriştəlisi yoxdur. Dünyanın ən böyük inkişaf agentliyinə rəhbərliyi inkişaf üzrə peşəkara verməyin vaxtıdır”

Jim Yong Kim 5 yaşında Koreyadan ABŞ-a mühacirət edib. Harvard Universitetini bitirmiş Kim Dünya Səhiyyə Təşkilatımda AİDS departamentinin direktoru olub.

Ənənəyə görə Dünya Bankına rəhbəri ABŞ irəli sürür, Beynəlxalq Valyuta Fonduna rəhbəri isə Avropa Birliyi.