Xorvatiya İranın neft embarqosuna qoşuldu

Xorvatiya bildirib ki, Avropa Birliyinin neft embarqosuna qoşulur.

Xarici işlər nazirliyi elan edib ki, Xorvatiya İran neftinin və İranın neft və neft-kimya  məhsullarının alınmasını qadağan edir.

Avropa Birliyi yanvar ayından tədrici olaraq İran neftinin və neft məhsullarının alınmasını dayandırır. Tam embarqo yayda başlanacaq.

Xorvatiya Avropa Birliyinə 2013-cü ilin iyulunda qoşulacaq.