Rusiya bu il buğda ixracatına limit qoymayacaq

Bu barədə kənd təsərrüfatı naziri Yelena Skrynnik martın 19-da jurnalistlərə deyib.

Rusiya ötən iki il quraqlıq olması səbəbindən taxıl ixtacatına məhdudiyyətlər qoymuşdu.

Bu məhdudiyyət dünyada taxılın qiymətinə təsir göstərmişdi.

Rusiya dünyada üçüncü böyük taxıl ixracatçısıdır.