Həftənin şəkilləri: 10-16 mart 2012

ABŞ əsgərinin Əfqanıstanda 16 nəfər dinc sakini qətlə yetirməsinə etiraz olaraq Pakistanda keçirilən aksiyada George Washington-un şəkli yandırlır. (Reuters/Naseer Ahmed)

Qəzzada döyüşlər gedərkən İsrail əsgərləri buraxdıqları raketin qalxmasını izləyirlər. (AFP - Menahem Kahana) 

Misirdə etiraz aksiyasında Samira İbrahimin şəkli qaldırlıb. Samira İbrahim hərbi həkimləri ittiham edir ki, Qahirədə onun müdafiəsi üçün etiraz aksiyasına qoşulanların bakirə olub-olmamalarını araşdırmağa çalışıblar.  (A

Kürd qadın 1988-ci ildə İraqada Səddam hüseynin qazla öldürdüyü adamların dəfn edildiyi qəbirstanlıqd yaxının qəbrini ziyarət edir. Bugünlər həmin qətliamın 24-cü ildönümüdür. (AFP/Safin Hamed)

Əfqan qadın öldürülən oğlunun şəkli ilə. (AFP/Aref Karimi)

Türkiyəyə sığınan suriyalı qaçqınlar üzlərini kameralardan gizlətməyə çalışırlar. (AFP)

Suriyanın Homs şəhəri yaxınlığında küçədə qum kisələrinin arxasında gizlənməyə çalışan uşaqlar. (AFP)

Zaher al-Hariri Suriyanın Deraa şəhərində dövlət xəstəxanasına gedəörkən hökumət qüvvələrinin onun sağ qolunu necə kəsdiklərini jurnalistlərə izah edir. (Reuters/Ali Jarekji)

Belorusun daxili İşlər Nazirliyinin qulluqçuları Minskdə jurnalistlərə bacarıqlarını nümayiş etdirirlər. (AFP/Viktor Drachev)

Türkmənista prezidenti Ukrayana səfər edərkən Kiyevdə qarşılanma mrəasimdə türkmən bayrağı fəxri qarovulda dayanmış əsəgrin üznüü örtür. (Reuters/Gleb Garanich)