Amerikalı aktyor George Clooney həbs edilib

Tanınmış Amerikalı aktyor George Clooney Vaşinqtonda, Sudan səfirliyinin binasında həbs edilib.

Bu barədə Washington Post qəzeti yazır.

Aktyor tərəfdarları ilə birlikdə Sudan prezidenti Omar al Bashira etiraz edirmiş.

Onlar Bashiri ölkədə hümanitar böhran yaratmaqda və Sudana ərzaq və digər hümanitar yardımlar buraxmamaqda ittiham edirlər.

Polislər aktyor və onun atasına 3 dəfə xəbərdarlıq etdikdən sonra əllərini qandallayaraq aparıblar.