Pakistanda polis rəsmisi öldürülüb

Pakistanın Peşəvar şəhərində polis rəsmi qətlə yetirilib.

İntiharçı şəhər ətrafında onun maşınına çırpılaraq özünü partladıb.

Partlayış nəticəsində həmçinin 3 polis əməkdaşı yaralanıb.

Pakistanın təhlükəsizlik qüvvələri 2 ildir ki, bu bölgədə yaraqlılara qarşı xüsusi əməliyyatlar keçiririlər.