-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!
Şərq Qapısı
01.02.2012
Sayı: 16(20.425)
QÜRUR DOĞURAN YÜKSƏLİŞ
Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu alternativsiz siyasi kurs Azərbaycanı sürətlə irəli aparır və yüksəliş nailiyyətlər qazanılmasına rəvac verir. Yola saldığımız illər bir – birindən uğurlu gəlir desək, heç də yanılmarıq. Regionun aparıcı dövlətinə, dünya birliyində söz sahibinə çevrilən Azərbaycanın hərtərəfli və dinamik inkişafı göz qabağındadır. Azərbaycanın bütün regionları sürətli inkişaf yolundadır. Bu gün muxtar respublikamız ölkənin bölgələri arasında ön sırada dayanır.
Ali Məclis sədrinin sessiyadakı məruzəsində qeyd olunmuşdur ki, 2011-ci ildə muxtar respublikamızda 56 istehsal və xidmət sahəsi işə salınmışdır...
Ali Məclis sədrinin «Milli dəyərlər ili» elan etdiyi 2012-ci il zəngin, şöhrətli keçmişimizi, seçilən, nümunə göstərilən dəyərlərimizi bir daha üzə çıxaracaq, onu bütün dünyaya tanıdacaqdır.
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI
1. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının «Qızıl kitabı» təsis edilsin. Nəzərə alınsın ki, gənc istedadların adları “Qızıl kitab”a Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı əsasında yazılır.
2. «Qızıl kitab»a adları yazılmış gənc istedadlar üçün xüsusi təqaüd təsis edilsin.
3. «Naxçıvan Muxtar Respublikası Gənc İstedadların «Qızıl kitabı»na adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi Qaydaları» təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Ötən il muxtar respublikada 680 milyon 921 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur
- Göz kabinəsinin fəaliyyəti genişlənir
- Üzərliksən, havasan, min bir dərdə davasan...
- Əhalinin sosial müdafiəsi gücləndirilir
- Şərur: inkişaf və quruculuq dövrü.