Türkiyəli jurnalistlərdən xəbər yoxdur

Suriyanın İdlib şəhərinə gedən iki türk jurnalistdən dörd gündür xəbər yoxdur. “Milat” qəzetinin müxbiri Adem Özköse və operator Hamit Coşkun Hatay sərhədindən İdlibə keçmişdi.

“Milat” qəzetinin təmsilçisi Aslan Deyirmençi Türkiyənin Xarici İşlər Nazirliyindən kömək istədiyini bildirib. Nazirlik məsələni nəzarətdə saxlayacağını bildirib.