ATƏT-in Bakı ofisi siyasi partiyalar arasında dialoq təşkil edəcək

Arxiv foto

ATƏT-in Bakı Ofisi bu günlərdə Azərbaycanda hakim və müxalif partiyaları bir araya gətirəcək.

ATƏT-in Bakı Ofisindən AzadlıqRadiosuna verilən məlumata görə, onlar partiya rəhbərləri ilə görüşüb siyasi dialoqun davamının mümkünlüyünü müzakirə ediblər və müsbət cavab alıblar.

ATƏT-in Bakı Ofisi əvvəllər də hakim və müxalifət partiyaları arasında müxtəlif siyasi mövzularda müzakirələr təşkil edib.

Bu dəfəki mövzunun «Siyasi partiyalar haqqında» yeni qanun layihəsinin olacağı nəzərdə tutulub.

Hazırda tədbirin tarixi və keçiriləcəyi yerlə bağlı məsləhətləşmələr aparılır.