Avtobusa hücum olub, 19 adam ölüb

Efiyopiyanın qərbindəki Qambela əyalətində sərnişin avtobusuna silahlı hücum olub. Hücum nəticəsində 19 adam ölüb, 8 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib. Cinayətkarların axtarışı davam edir.

Efiopiyanın bölgələrində müxtəlif silahlı qruplaşmalar fəaliyyət göstərir.