Tənqidçi hesab edir ki, Şərif Ağayarın əsəri son zamanlar yazılan romanlar arasında xüsusi fərqləndirilməlidir. Amma romanın dilində qüsurlar görür, publisistik gəzişmələri yersiz sayır.
Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Şərif Ağayarın "Haramı" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.
Elnarə Tofiqqızı
“HARAMI”NIN XƏYAL GÜCÜ…
Şərif Ağayarın «Haramı» romanında ilkin diqqəti çəkən məqam xalq yaddaşında yüz illərlə formalaşmış bir mövzuya müraciət edilməsidir: müəllif niyə bu mövzunu seçib və yaxud, mövzu niyə müəllifi tapıb?
Əvvəlcə, müzakirə zamanı səsləndirilən və əsasən bölüşdüyümüz fikirləri təkrarlamamağa cəhd etməklə, roman haqda qənaətlərimizi qısaca ümumiləşdirək:
Romanın strukturu
«Haramı»da əsas mətnə 12 əhvalat və «Gündəlik»dən 7 gün daxil edilməklə hazırda daha çox işlənən strukturdan istifadə edilib.
12 əhvalat yalnız «Heraklın on iki igidliyi»ni xatırlatmaqla əsərin qəhrəmanı Səməndər obrazının igidliklərini təqdim etmək vasitəsi kimi məhdudlaşmır, həm də ayları özündə əks etdirir.
«Gündəlik» isə romandakı hadisələrin, bir növ, bələdçisi, xəbər verənidir. Məsələn, «Gündəliyin» 1-ci günündə gördüyü yuxu müəllifi roman yazmağa ruhlandırır, həmçinin «ibtidai zamanlara qayıtma ehtirası», «təmizlik və təbiilik» qabardılmaqla əsərin qayəsinə eyham vurulur; «Gündəliyin» 2-cü günündə xəyalatlar haqqında xəbərlər diqqətə çatdırılır və ardınca əsas mətndə Səməndərin anası Qərənfil xalanın xəyal görməsi təsvir edilir və s.
Digər tərəfdən, «bazar ertəsi»ndən başlayıb «bazar günü»ndə tamamlanan «Gündəlik» həftəyə, eyni zamanda, həftənin günləri haqqında el deyimlərinə işarədir.
Müəllifin yazdığı əsərin parolunu məhz şənbə günü tapması (əsərin yaradılmasının tamamlanması) və bazar gününü bütövlükdə istirahətə həsr etməsi də təsadüfən seçilməyib - dünyanın yaradılması ilə bağlı dini rəvayətə eyham olunur.
Struktura uyğun olaraq, «Gündəliyin» birinci günü əsərin əvvəlində gəlməliydi. Sadəcə, müəllif romanın oxunaqlı və daha çəkici olması üçün Səməndərin öz həyat yoldaşı tərəfindən öldürülməsini «əvvəl»ə keçirib.
Mətn əlaqələri
«Haramı» romanında Səməndər haqqında danışılan 12 əhvalat və «Gündəlik»də romanın «Herakl» parolu altında saxlanılması «Heraklın on iki igidliyi»nə, Qoç Səməndər və Eyvaz «Koroğlu» dastanına, Güləndam (Xalidə) «Dastani-Əhməd Hərami»yə, Şiruyə adı «Xosrov və Şirin»ə asosiasiya doğurur.
1. Herak öz qısqanc xanımı Deyaniranın əli ilə ölür. Ancaq Deyanira Heraklı bilərəkdən öldürmür, əksinə, onu özünə daha çox bağlamaq üçün Nessin qanını çuxaya sürtüb, ərinə göndərir, qanın təsadüfən zəhərə (Lerna hidrasına) qarışdığını biləndə isə gec olur. Herakl çuxanı geyib məbədgahda allahlara qurbankəsmə mərasimini icra edərkən zəhər canına işləyir.
«Haramı»da isə Xalidə yatdığı yerdə Səməndərlə Fatmanı avtomat silahla qətlə yetirir.
«Heraklın on iki igidliyi»nin arxasında yunan mifologiyası açıq mətnlə dayanır, «Haramı»da isə gücə ibtidai heyranlıqdan əlavə heç bir mifik dünyagörüş yoxdur.
Digər tərəfdən, heraklidlər sonda qisas alır və yurda dönürlər, «Səməndər övladları»nın qisası isə yoxdur.
2. Koroğlu Osmanlı-Səfəvi müharibəsi dönəmində meydana gəlmişdi və savaş nəticəsində nəzarətsiz qalan ərazidə – Çənlibeldə məskunlaşmışdı. İdeoloji baxımdan Səfəvi xanədanlığına bağlı olan «Təkə-Türkman Cəlali Koroğlu»nu Şah sarayı dəstəkləsə də, «bu ipə-sapa yatmayan üsyankar tayfanın» ölkə daxilinə keçməsinə imkan vermirdi, amma düşmənə qarşı aparılan hərbi əməliyyatlarda təkə-türkmanlardan istifadə edirdi.
Məkan uğurlu seçilib və Ş.Ağayar Koroğlu ilə Səməndər arasındakı zaman fərqini aradan qaldırmağı bacarıb: müharibə, ictimai-siyasi xaos nəzarətsiz (neytral) ərazidə (Haramıda) qanunların işləkliyini minimuma endirir və «Qoç Səməndər»in yaranması üçün münbit zəmin yetişir.
Ancaq səfəvi-ələvi inancının daşıyıcısı kimi Çaldıran dəhşətini (Şahın məğlubiyyətini) qəbul etməyən, dəfələrlə üsyana qalxan cəlalilər Koroğlunun başçılığı ilə Osmanlı imperiyasına düşmən kəsilmişdi, «Koroğlu» bu tarixi gerçəkliklərin və ideologiyanın
üstündə qurulmuş, mifik yaddaşla zənginləşdirilmiş qəhrəmanlıq eposudur, «Haramı»da isə hər hansı ideologiyadan, hətta düşmənə qarşı əməliyyatlarda qəhrəmandan istifadədən də söhbət gedə bilməz.
Romanda mifik, həmçinin dini dünyagörüş Şah Xətaini «donkixotsayağı təbəssümlə yad edilməyə layiq Xətakar» («Haramı», s., 257) adlandırmaq səviyyəsindədir ki, bu da bütövlükdə müasir ədəbi gəncliyin məlumatsızlığından (müəllifin öz dili ilə desək, oxu: savadsızlığından) doğan çox ciddi problemdir. Qədim türk adət-ənənəsini, dini dünyagörüşünü səfəviliklə İslama gətirən və türk təsəvvüfünü inanılmaz yüksəkliyə qaldıran, Osmanlı imperiyasının daxilində belə insanların bir-biri ilə «Şah» adına («salam» əvəzinə) salamlaşması, xəstələrə «Şah şəfa versin» kimi alqış edilməsi səviyyəsində çox uca ürfani mərtəbəyə qalxan Şah İsmayıla bu cür münasibətin, əlbəttə ki, başqa adı ola bilməz.
3. Əhməd Hərami Güləndama hiyləyə əl atmaqla, qisas məqsədi ilə evlənir. Güləndam onun 9 yoldaşını öldürüb, özünü isə yaralayıb. Qisas məqamında Xoca Rüstəm Güləndamı xilas edir. Güləndam öz xoşbəxtliyinə qovuşanda da Əhməd Həraminin onun ardınca gələcəyini bilir və yolunu gözləyir. Beləliklə, dastanda Əhməd Hərami Güləndamın əli ilə öldürülür və s…
Qısası, romanda edilən işarələrə görə dəyərləndirdiyimiz bu poema-dastanlardakı (həmçinin «Xosrov və Şirin»dəki) süjetlərlə «Haramı»nın alt qatında heç bir mətn əlaqəsi yoxdur. Adlar və rəqəmlər müəllif tərəfindən yalnız assosiasiya doğurmaq üçün düşünülmüş maraqlı priyom təsiri bağışlayır.
Amma bu çarpazlaşmalar «Haramı»da maraqlı kompazisiya yaradıb.
Obraz və süjet
21-ci əsr «haramilərin» oğru, quldur olduğu 13-cü əsrdən də, ideoloji zəminlə mahiyyətini dəyişib ideallaşdırılan (daha çox, «dəli» adıyla) 17-ci əsrdən də fərqlənir. Müəllif «Qarakeşdi Qoç Səməndəri» dastan qəhrəmanlarından fərqli olaraq, birmənalı təsvir etmir: obrazı tam, hərtərəfli göstərməyə çalışır və bir çox məqamlarda dastan təhkiyəçiləri kimi qəhrəmanının tərəfində olduğunu açıq-aşkar göstərməsinə baxmayaraq, əsasən, istəyinə nail olur.
Məkanın – Haramının təsvirində də ideallaşdırmadan söhbət gedə bilməz: baharın iki dəfə gəldiyi, barlı-bərəkətli, qaçaq-quldurun məskəni olan bu yerin «etibarsızlığı» dəfələrlə vurğulanır; el yaddaşındakı əfsanələr, rəvayətlər insanların öz ölülərini belə «etibar etmədiyi» və qəbiristanlıq salmadığı Haramının təsvirində çox inandırıcı və oxunaqlı şəkildə nəql edilir və elə bununla da müəllif hiss olunmadan oxucuda münasib rəyi formalaşdırır: getmək üçün qarşında heç bir maneə yaratmayan (tam azadlıq) Haramı düzənliyi, əslində, «sirli-sehrli», keçilməz bir qaladır.
Güvənilməyən, amma etibarlı, hər tərəfə açıq (düzəngah), amma qala olan Haramı kimi, «Haramı» da «mətn əlaqəsi» qurduğu dastan-poemaların kəsişdiyi məqamdır. Sadəcə,
bu «kəsişmə» zahiri görüntüdən o tərəfə keçmir, məzmuna nüfuz etmək imkanında deyil.
Qoç Səməndərin ölümü ilə bağlı şübhələr, onu Xalidənin öldürüb-öldürməməsinin axıra qədər açılmaması da müəllifin detektiv süjet qurmaq istəyindən daha çox, bu «kəsişmələrdəki» tərəddüdləridir. Qatilin qəti olaraq müəyyənləşməsi ziddiyyətlərin hansısa mətnin «xeyrinə» həlli demək idi ki, bu da üzvü əlaqələri sıradan çıxarardı.
«Haramı»dakı «Çöl»çülük
Müəllif əsərdə el arasında indi də yaşayan əfsanə, rəvayət və daha çox kortəbii inam ifadə edən əhvalatlardan ciddi şəkildə yararlanıb. Bəzən publisistik çalarlarla aşırı, «Hüqosayağı» xırdalıqların mətndən ayrılması hiss olunsa da, forma bu problemin aradan qaldırılmasına yardımçı olub.
Amma Haramıyla tanışlıqda «qışın sazağına, yayın istisinə can verməyən» yovşanla başlayıb, Eyvazı türmədən yoluxub çıxarkən «yovşan ətriylə» tamamlanan romandakı tərəkəməçiliyin təsvirlərində K.Böyükçölün «Çöl» romanıyla səsləşən parçalar da yox deyil. «Haramı»da da tərəkəmə təsərrüfatı, qoyunçuluqla bağlı bəzi detallar təsvirdən daha çox, nəql edilir ki, bu da ədəbiyyatın yox, publisistikanın işidir. Tərəkəmə həyatındakı bəzi mərasimlərin nəqli «Çöl»də daha zəngindir, «Haramı» bir neçə mərasimi (məsələn, teləmək) təsvir də edə bilərdi və buna əsərin forması imkan verirdi.
Yenə jurnalistika
Mümkündür ki, gənc ədəbi nəslin böyük əksəriyyətinin jurnalistika ilə məşğul olması səbəbindən bədii mətnlərində içlərində olduqları ictimai çevrədən kənara çıxa bilməmələrini təbii qarşılamaq lazım gəlir; Mümkündür ki, daha səmimi olmaq istəyi bu mənzərəni doğurur. Ancaq dünya ədəbiyyatının bir çox məşhur yazıçıları da birbaşa jurnalistika ilə əlaqəli olmuşlar. Bunun qarşılığında isə onların əsərlərindəki süjetin jurnalistikadan keçdiyi heç də müşahidə olunmur. Fikrimizcə, bu problemdən - mənsub olduğu sosial çevrəyə ilişib qalmaqdan daha zəngin müşahidə və miqyaslı dünyagörüş sayəsində qurtulmaq olar.
Ş.Ağayar da mövzunun həllində (qəhrəmanlıq keçilmiş mərhələdir) «Koroğlu və Cinayət Məcəlləsi» (s., 131), «İgidliyə bir qoz» və s. publisistik məqalələrdən istifadə edir, təhkiyəçinin jurnalist həyatını gündəmə gətirir və istədiyi nəticənin alınmamasında bu fakt öz sözünü deyir.
Əsərin dili
Ş.Ağayar sadə və canlı üslubu ilə seçilən gənc yazıçılardandır və «Haramı»nın oxunaqlı olmasını şərtləndirən səbəblərdən biri də budur. Ancaq dilin qəbul etmədiyi alınma sözlərdən istifadəni «canlı danışıqla» əlaqələndirmək doğru olmazdı, xüsusilə bu, obrazların deyil, təhkiyəçinin diliylə verilirsə.
«Haramı»da isə belə sözlər yetərincə çoxdur: «nolonbir», «tros sep», «talpa», «veş-vüş», «sumka», «kvartal», «papqa», «zamok», «tans», «çaynik», «qluşitel» və s.
Bu sözlərin qarşılığı verilsəydi (qarşılıqları müəllifi qane etmirdisə, öz variantını təklif edə bilərdi), yəqin ki, roman heç nə itirməzdi və əsərin canlı dilinə qətiyyən xələl gəlməzdi, əksinə, Ş.Ağayar mənsub olduğu dilə növbəti töhfəsini bəxş edərdi.
Son
Yuxarıdakı sualımıza qayıdaq: fikrimizcə, müəllifin bu mövzunu seçməsinin səbəbi Qoç Səməndəri yetişdirən məkanın və zamanın mövcudluğudur. «Haramı»nı zaman və cəmiyyət özü yetişdirib. Hesab edirik ki, müəllifin tam olaraq bu informasiyanı qəbul etməməsi romanın mükəmməlliyinin qarşısına sədd çəksə də, «Haramı» son illər yazılan romanlar içərisində xüsusi fərqləndirilməlidir.