Pakistanda getmiş döyüşdə azı 13 adam ölüb

Pakistanın şimal-qərbində hökumət qoşunlarıyla yaraqlılar arasında baş vermiş toqquşmada azı 13 adam ölüb.

Yerli hakimiyyətin məlumatına görə, ölənlərdən 7-i yaraqlı, 2-i əsgər, 4-ü isə dinc sakindir.

Hayber rayonunda, Bara şəhərinin ətrafında gedən döyüş bir gün çəkib, köməyə
vertolyotlar göndərilib.