Tacikistanda Facebooka çıxış bərpa edilib

Tacikistanda Facebook şəbəkəsinə çıxış bərpa olunub.

Bu barədə ölkənin internet-provayderləri xəbər verirlər.

Martın 2-də bloklanmış bir neçə saytlara çıxış isə hələ ki, mümkün deyil.

Tacikistan Jurnalistlər İttifaqı və 4 media birliyinin əməkdaşları bu günlərdə hakimiyyətdən vətəndaşların konstitusyon hüquqlarının bərpa edilməsini tələb etmişdilər.

Həmçinin ATƏT bundan əvvəl Tacikistan hakimiyyətini Facebook da daxil olmaqla sosial şəbəkələrə çıxışı bərpa etməyə çağırmışdı.