İsrailin Qəzzəni bombalaması nəticəsində 12 adam ölüb

İsrail hərbi hava qüvvələrinin Qəzzə bölməsini bombalaması nəticəsində 12 fələstinli ölüb, 20-ə yaxın adamsa yaralanıb.

Bu barədə yerli həkimlər xəbər verirlər.

Ölənlərin əksəriyyətinin müxtəlif yaraqlı qrupların üzvləri olduğu bildirilir.

Bundan əvvəl Fələstin yaraqlılarının İsrailin cənubunu raket atəşinə tutması nəticəsində 4 nəfər yaralanıb.