Tacikistan məhbusları rüşvətlə azadlığa çıxmaqda ittiham edir

Tacikistanın antikorrupsiya təşkilatı bu yaxınlarda amnistiya qanunu ilə azadlığa çıxan azı 10 məhbusu yenidən həbsə qaytarıb. İttiham da odur ki, onlar rüşvət verərək azadlığa çıxa biliblər.

Təşkilatın rəhbəri martın 9-da bildirib ki, həmin məhbuslar həbsxana işçiləri və həkimlərə pul verərək xəstə olmalarına dair saxta sənədlər alıblar. Həmin sənədlərlə də səhhətlərinə görə amnistiyaya düşüblər.

Rəsmi məlumata görə saxta sənədlərlə azad olunanların əksəriyyəti narkotik maddələrə görə tutulan insanlardır.