Yunansıtan hökuməti müflisləşmədən yayındı

Yunanıstan hökuməti istiqrazlarının bir hissəsini özəl sektora ötürməklə müflisləşmə riskindən müvəqqəti olsa da yayına bilib. Yunanıstanın Maliyyə naziri martın 9-da bildirib ki, hökumət istiqrazlarının borcunun 85,8 faizi artıq özəl şirkətlərə ötürülüb.

Bu, Beynəlxalq Valyuta Fondunun növbəti 130 milyard avro borc verilməsi üçün Yunanıstan hökuməti qarşısında tələblərindən biri idi. Maliyyə naziri deyib ki, hökumət qənaət planlarını davam etdirəcək.