Braziliyanın futbol rəhbəri xəstəxanaya düşüb


Braziliyada keçiriləcək futbol üzrə 2014-cü ilin Dünya Çempionatının təşkilat komitəsinin rəhbəri Ricardo Teixeira səhhətini yoxlatmaq üçün məzuniyyətə çıxıb. Onun xəstəliyinin nə olması və hansı müddətə işdə olmayacağı barədə məlumat verilmir.

20 ilə yaxındır Braziliyanın futbol təsərrüfatına rəhbərlik edən Teixeira həm də korrupsiya ittihamları ilə üzləşib.