Avropalı deputatlar məcburi köçkünlərlə görüşəcək

Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana işgüzar səfərə gələcək.

AzərTAc-ın məlumatına görə, avropalı deputatlar Bakıda bir sıra görüşlər keçirəcək, respublikanın bölgələrində olacaq, məcburi köçkünlərə baş çəkəcək.

Səfər martın 11-dək davam edəcək.