Hava qeyri-sabit keçəcək

Arxiv foto

Yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə martın 8-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir.

Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah havanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.