Tacikistanda Facebooku bağlayıblar

Freedom House Tacikistanda Facebook və başqa sosial media saytlarıyla yanaşı bir neçə xəbər resursunun da bağlanmasını tənqid edib.

Facebook və rus dilindəki 2 internet saytı hələ də bağlıdır.

Tacikistan rəsmiləri isə saytların texniki səbəblərdən bağlandığını və məsələ həll ediləndən sonra açılacağını bildirib.