Moskvada polis müxalifət nümayişini zorla dağıdıb

Moskvada müxalifət nümayişinə ayrılan vaxt başa çatan kimi polis nümayişi zor gücünə dağıtmağa başlayıb.

Meydana əlində dəyənəklərlə girən polis nümayiş yerində qalan müxalifətçiləri tutub – saxlayır.

Meydanı tərk etmək istəməyən onlarla müxalifətçi həbs olunub

MSK qarşısındakı digər nümayişdə də onlarla adam saxlanıb. Onlar arasında müxalifət koalisiyası olan "Başqa Rusiya"nın lideri Eduard Limonov da var.