Suriyanın əl Zaviyə şəhərində toqquşma olub

Suriyanın Cabal əl Zaviyə şəhərində hökumət qoşunlarıyla müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşma olub.

Bu şəhər Türkiyə sərhəddinin yaxınlığında yerləşir.

Hüquq müdafiəçiləri 1 əsgərin öldüyünü bir neçə fərrarinin isə yaralandığını xəbər verirlər.

Suriya ordusu həmçinin bazar günü sərhəddə yerləşən Kusaur şəhərini atəşə tutub.

Onlarla yerli sakinin qonşu Livana keçdiyi xəbər verilir.