Sabirabadda yeni qəsəbənin açılışı olub

Foto arxiv

Sabirabadın Ulacalı kəndində Kür və Arazən daşmasından zərər çəkmiş sakinlər üçün yeni salınmış qəsəbənin açılışı olub.

BAPA-nın məlumatına görə, qəsəbədə 50 ailə üçün 2-4 otaqlı mənzillərdən ibarət yeni evlər tikilib.

Həmçinin şənbə günü Ulacalı kəndində şəhid Böyükağa Ağayevin adını daşıyan 220 şagirdlik əsaslı təmir olunmuş orta məktəbin açılışı olub.