Tacikistanda bir neçə sayta çıxış bağlanıb

Tacikistandakı 4 internet provayderindən 3-ü şənbə günü bir neçə sayta çıxışı bağlayıb.

Onların arasında bu günlərdə prezident Emomali Rahmanov barədə tənqidi materiallar gedən Facebook və Zvezda.ru saytları da var.

Bu materialları çap etmiş digər 3 mənbə də bu siyahıdadır.