BMT: 7 ölkədə 1 nəfər də olsun qadın millət vəkili yoxdur

Rusiya Dövlət Dumasının deputatları

BMT-nin yeni hesabatında dünyada qadın qanunvericilərin sayının azlığından dərin narahatlıq bildirilir.

188 ölkəni əhatə edən hesabata görə, cəmi 20 ölkədə parlament üzvlərinin azı 1/3-i qadındır.

Yalnız Ruanda və Andorrada parlamentdə qadınlar yarıdan çoxdurlar.

7 ölkədə 1 nəfər də olsun qadın millət vəkili yoxdur.

Dünyada parlament üzvlərinin cəmi 10 faizi qadınlardır.

Rusiyada parlament üzvlərinin 13.6, ABŞ-da 16.8, Çində 21/3 %-i qadınlardır.