Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardım maşınları Suriyanın Homs şəhərinə daxil olub. Yardımlar şəhərin Baba-Amr rayonunun sakinləri üçündür.
Dünən ərazidən Azad Suriya Ordusunun döyüşçüləri çıxıb. Hazırda bu ərazidə 100 min əhalidən təxminən bir neçə mini qalıb. Onların ərzaq, yemək, tibbi ləvazimatların olmamasından əziyyət çəkir.