NATO Əfqanıstandakı siyasətini dəyişməyəcək

NATO ABŞ hərbçilərinə olan son hücumlara baxmayaraq Əfqanıstandakı siyasətini dəyişməyəcək. Bu haqda ABŞ-ın NATO-dakı nümayəndəsi İvo Daalder məlumat verib.

Əfqanıstanda NATO-nun Bagram hərbi bazasında Quran yandırılandan sonra ölkəni etiraz aksiyaları bürümüşdü, NATO hərbçilərinə hücumlar olmuşdu.