ABŞ və İsrailin müdafiə nazirləri görüşüb

ABŞ-ın müdafiə naziri Leon Panetta Pentaqonda İsrailin müdafiə naziri Ehud Barakla görüşüb. Görüşdə iki ölkə arasındakı hərbi əməkdaşlıq, o cümlədən Suriya və İran da daxil regional məsələlər müzakirə olunub.

Ehud Barakın ABŞ-a ikigünlük səfəri çərçivəsində onun vitse-prezident Joe Bidenla görüşü də nəzərdə tutulur.

Müdafiə nazirinin səfəri Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Benjamin Netanyahu arasında gözlənilən görüş ərəfəsində baş verir.