Özbəkistanda qadağan edilmiş müğənniyə konsert keçirməyə icazə verilib


Özbəkistanda hökumət əleyhinə çıxışlarına qadağa qoyulmuş populyar müğənni son 5 ildə ilk dəfə səhnəyə çıxır. Yulduz Usmonova 2007-ci ildən bəri ilk dəfə bu gün – fevralın 29-da Səmərqənddə konsert verir.

48 yaşlı müğənni Qərb mediasına bir neçə müsahibəsindən sonra televiziyalara dəvət olunmurdu. Qeyri-rəsmi məlumatlara görə o, Özbəkistanın nüfuzlu qadınlarından olan prezidentin qızı Gulnara Karimova ilə münaqişədə idi.

Özbəkistanda başqa bir neçə mədəniyyət adamı da hökumətə tənqidi münasibətlərinə görə televiziyalara dəvət almırlar.