Ermənistanda hakim Respublikaçılar Partiyası Fransa Konstitusiya Məhkəməsinin “Soyqırımı inkar” qanununu ləğv etməsindən məyus olduğunu bildirir.
Hakim partiyanın sözçüsü Fransa məhkəməsinin qərarını Türkiyə lobbisinin təzyiqlərinin nəticəsi adlandırıb. Partiya həmçinin Fransa prezidentinin həmin məzmunda yeni qanun layihəsi hazırlanması barədə tapşırığını da yüksək qiymətləndirdiklərini deyib.
Amma Ermənistan hökuməti hələlik Fransa məhkəməsinin qərarına rəsmi reaksiya verməyə çəkinir.
Ermənistan iddia edir ki, Osmanlı İmperiyası dövründə Türkiyə ərazisində ermənilərə qarşı soyqırımı törədilib. Amma Türkiyə bu iddiaları rədd edir.